Mask NATO-nun çoxdan dağılmalı olduğu fikrini dəstəkləyib
Digər ölkələr
- 03 mart, 2024
- 07:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milyarder İlon Mask amerikalı iş adamı Devid Saksın Sovet İttifaqının dağılmasından sonra NATO-nun ləğv edilməli olduğu barədə bəyanatını dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Belə ki, Saks SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Müqaviləsi Təşkilatını buraxmaq əvəzinə, genişlənmə ilə bağlı yeni missiya ilə çıxış etdiklərini vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu cür hadisələr NATO ətrafında təşkilatın mövcudluğuna haqq qazandırmaq üçün lazım olan düşmənçiliyi yaradıb.
“Doğrudur. Mən həmişə maraqlanmışam ki, NATO-nun əzəli düşməni və yaranma səbəbi hazırda olmasa da, təşkilat niyə mövcud olmağa davam edir?”, - deyə Mask qeyd edib.
Son xəbərlər
22:32
Foto
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununda ilk hissə başa çatıb - Yenilənir-2
Futbol
22:29
Əraqçi İranın kimyəvi silah hazırlaması ilə bağlı İsrailin ittihamlarına münasibət bildirib
Region
22:11
ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib
Digər ölkələr
21:52
Aİ Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır
Digər ölkələr
21:42
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət siyasəti
21:35
Foto
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib-2
Xarici siyasət
21:32
Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib
Maliyyə
21:16
Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib
Digər ölkələr
21:02
Fransa Senatı pensiyaçılar üçün vergi güzəştinin ləğvindən imtina edib
Digər ölkələr