Mark Rutte: NATO müttəfiqləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar

Mark Rutte: NATO müttəfiqləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar NATO müttəfiqləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar.
Digər ölkələr
4 Dekabr , 2024 15:35
Mark Rutte: NATO müttəfiqləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar
Mark Rutte

NATO üzvləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar.

"Report" xəbər verir ki, bunu alyansın Baş katibi Mark Rutte mətbuat konfransında deyib.

O qeyd edib ki, NATO-nun Ukraynaya yardımı bu ilin sonuna kimi çatdırılmasını gözləyir:

"Ancaq biz Ukraynaya mübarizəsində dəstək olmaq üçün daha çox kömək etməliyik. Çünki Ukrayna mülki əraziləri və kritik infrastrukturu hədəf alan amansız bombardmanlarla üzləşir. Biz bu münaqişənin trayektoriyasını birdəfəlik dəyişmək üçün kifayət qədər dəstək verməliyik".

Baş katib Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallasın dəstəyindən də söz açıb:

"Dünən bizim sıralarımıza Aİ-nin yeni ali nümayəndəsi Kaya Kallas da qoşuldu. Aİ bizim üçün vacib tərəfdaşdır və biz Ukraynaya dəstəyimizdən tutmuş müdafiə istehsalının artırılmasına qədər bir sıra məsələlərdə əməkdaşlıq edirik. Biz təhlükəsizlik və kibertəhlükəsizlik istiqamətində Aİ ilə sıx əməkdaşlıq edəcəyik".

M.Rutte jurnalistin Ukraynanın alyansa üzv olması ilə bağlı sualına cavab olaraq isə diqqətə çatdırıb ki, hazırda NATO-ya doğru körpü inşa edilir:

"Unutmayaq ki, 2008-ci ildə artıq Buxarestdə Ukraynanın gələcəyinin NATO-da olacağı barədə qərar var idi. Biz Vaşinqtonda NATO-ya doğru dönməz yol haqqında qərar qəbul etdik. 2022-ci ilin əvvəlindən isə ölkələr Ukrayna ilə ikitərəfli müqavilələr üzərində işləyirlər ki, onun mövqeyini gücləndirsinlər. Ukrayna güclü mövqedə olmalıdır ki, Rusiya ilə danışıqlardan istədiyini ala bilsin".

Son xəbərlər

Orphus sistemi