"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib Fırtına yenidən güclənə və qasırğa statusunu ala bilər
Digər ölkələr
21 Sentyabr , 2017 01:57
Mariya qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Meteoroloqlar "Mariya" qasırğasının ikinci dərəcəli fırtınaya qədər zəiflədiyini bildiriblər.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Qeyd olunur ki, fırtına yenidən güclənə və qasırğa statusunu ala bilər.

"Mariya" ikinci dərəcəli fırtınaya qədər azalıb, amma dördüncü dərəcəli qasırğaya qayıda bilər", - deyə agentlik yazır.

Daha əvvəl Puerto-Rikonun qubernatoru Rosello ada sakinlərini "Mariya" qasırğasının təhlükəsi ilə əlaqədar xəbərdar edib. 

Son xəbərlər

Orphus sistemi