MAQATE İran nümayəndələri ilə görüş keçirəcək

MAQATE İran nümayəndələri ilə görüş keçirəcək MAQATE nümayəndə heyətinə Agentliyin baş direktorunun müavini və Təminat Departamentinin rəhbəri Tero Vareyoranta rəhbərlik edəcək
Digər ölkələr
14 Aprel , 2015 10:34
MAQATE İran nümayəndələri ilə görüş keçirəcək

Bakı. 14 aprel. REPORT.AZ/ İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nümayəndələri 2013-cü ildə aralarında imzaladıqları əməkdaşlıq haqqında çərçivə müqaviləsinin həyata keçirilməsi ilə bağlı bir sıra texniki məsələləri müzakirə etmək məqsədilə aprelin 15-də Tehranda görüşün keçirilməsi haqqında razılığa gəliblər. "Report" BMT xəbərlər mərkəzinə istinadən xəbər verir ki, MAQATE nümayəndə heyətinə Agentliyin baş direktorunun müavini və Təminat Departamentinin rəhbəri Tero Varyeyoranta rəhbərlik edəcək.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında MAQATE çərçivəsində İran və nüvə proqramı üzrə danışıqların altı iştirakçı ölkəsi - Almaniya, Çin, Rusiya, ABŞ, Böyük Britaniya və Fransa ilə razılaşdırılan Birgə Fəaliyyət planı qəbul edilib. Həmin plan İran nüvə proqramının sülh məqsədini təmin edəcək qarşılıqlı razılaşdırılmış uzunmüddətli ümumi qərarın əldə olunmasına yönəlib. 

Əməkdaşlıq haqqında çərçivə razılaşması bu planın yerinə yetirilməsinə yönəlib. 

2014-cü ildə danışıqların iştirakçısı olan 7 ölkə Birgə Fəaliyyət planını 30 iyun 2015-ci ilə qədər uzatmaq qərarına gəlib. 

Bu ilin aprel ayının əvvəllərində Lozannada ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, Çin və İran xarici işlər nazirləri gələcək müqavilə ilə bağlı ilkin siyasi çərçivə razılaşması əldə ediblər. Tərəflər onun iyunun 30-na qədər qəbul ediləcəyinə ümid edirlər. Müqavilə beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə silahının istehsalı üzrə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi