Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb Hazırda 8 nəfər həbsdədir
Digər ölkələr
26 May , 2017 08:35
Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb
Fashnews.ru

Bakı. 26 may. REPORT.AZ/ Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə "Twitter"də xəbər yayıb.

"Report"un məlumatına görə, həmin şəxs Moss-Sayd zonasında saxlanılıb.

"Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, "Mençester arena"dakı hücumla bağlıdır" – deyə xəbərdə bildirilir.

Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir.

Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi