Maliyyə naziri: "ABŞ Rusiyaya sanksiya tətbiq edəcək"

Maliyyə naziri: "ABŞ Rusiyaya sanksiya tətbiq edəcək" Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi Kreml məruzəsi Rusiyaya qarşı yeni sanksiyalara gətirib çıxaracaq.
Digər ölkələr
30 Yanvar , 2018 20:34
Maliyyə naziri: ABŞ Rusiyaya sanksiya tətbiq edəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi "Kreml məruzəsi" Rusiyaya qarşı yeni sanksiyalara gətirib çıxaracaq.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Konqresdə deyib.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi "Kreml məruzəsi" adlı sənəd açıqlayıb. Sənəd Rusiya prezidentinin yaxın ətrafı, bu ölkənin iş adamları və dövlət şirkətləri barədədir. 

Son xəbərlər

Orphus sistemi