Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib.
Digər ölkələr
11 Avqust , 2022 04:22
Malidə silahlıların hücumu zamanı 42 hərbçi həlak olub, 3 günlük matəm elan edilib

Mali hakimiyyəti ölkənin şərqində silahlıların hücumu nəticəsində 42 hərbçinin öldüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” (AFP) Mali hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, silahlılarla qarşıdurma zamanı Mali təhlükəsizlik qüvvələri hücum edənlər arasından 37 nəfəri məhv etməyə nail olub. Respublika hakmiyyəti həlak olan hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq üç günlük matəm elan edilib.

Silahlıların hücumu avqustun 7-də olub. Yaraqlılar Burkina-Faso və Nigerlə həmsərhəd olan Tessite şəhəri yaxınlığında hücuma keçiblər. İlkin olaraq hökumət qüvvələrinin sıralarında 21 nəfərin, o cümlədən 17 hərbçinin həlak olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi