Malidə BMT-nin azı 4 sülhməramlısı qətlə yetirilib
- 21 yanvar, 2019
- 02:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 yanvar. REPORT.AZ/ Bazar günü BMT-nin Malidə sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) 4 sülhməramlısı bu ölkədə silahlıların hücumu nəticəsində həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Franc Press" məlumat yayıb.
Malinin təhlükəsizlik orqanlarının nümayəndələri isə hücum nəticəsində 6 sülhməramlının öldüyünü, daha 19-nun yaralandığını bildiriblər. Həmçinin bir neçə terrorçu zərərsizləşdirilib.
Hücum Aqelxok yaşayış məntəqəsi ərazisində qeydə alınıb.
Daha əvvəl BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.