Malidə 4 kəndə hücum olub, 48 dinc sakin ölüb

Malidə 4 kəndə hücum olub, 48 dinc sakin ölüb Malinin şimalında 4 kəndə eyni zamanda hücum nəticəsində 48 mülki sakin ölüb.
Digər ölkələr
9 Avqust , 2021 13:58
Malidə 4 kəndə hücum olub, 48 dinc sakin ölüb

Malinin şimalında yerləşən 4 kəndə eyni vaxtda edilən hücum nəticəsində 48 mülki sakin ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ansonqo bölgə valisinin müavini Omar Kida bildirib.

Ouataqouna bələdiyəsi sədrinin müavini Mahamane Bacala da bildirib ki, hücum nəticəsində Karou kəndində 17, Dirquada 7, Deoutequefdə 14 və Ouataqounada 10 dinc sakin ölüb.

Dövlət rəsmilərinin dediyinə görə, çoxlu sayda insan yaralanıb: “Bu səbəbdən ölənlərin sayının artacağı narahatlıq yaradır”.

Qeyd edək ki, 2013-cü ildən Malidə əcnəbi ölkələrin hərbçiləri terrorçulara qarşı mübarizə aparır. Hazırda Fransanın Malidə 5 100 hərbçisinin olduğu iddia olunur.

Son xəbərlər

Orphus sistemi