Malayziyanın keçmiş baş nazirinə qarşı yeni ittihamlar irəli sürüləcək

Malayziyanın keçmiş baş nazirinə qarşı yeni ittihamlar irəli sürüləcək Bakı. 7 avqust. REPORT.AZ/ Malayziya Antikorrupsiya Komissiyası ölkənin keçmiş baş naziri Nəcib Razakı iclasa çağırıb.
Digər ölkələr
7 Avqust , 2018 11:49
Malayziyanın keçmiş baş nazirinə qarşı yeni ittihamlar irəli sürüləcək
AP Photo / Aaron Favila

Bakı. 7 avqust. REPORT.AZ/ Malayziya Antikorrupsiya Komissiyası ölkənin keçmiş baş naziri Nəcib Razakı iclasa çağırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 1MDB Milli İnvestisiya Fondundakı korrupsiya ittihamı işi üzrə barəsində istintaq aparılan keçmiş baş nazirə qarşı yeni ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, avqustun 8-də Nəcib Razaka çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və 2001-ci ildə qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin toplanması üzrə ittiham irəli sürüləcək.

Son xəbərlər

Orphus sistemi