Malayziyada terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb

Malayziyada terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb Hökumət antiterror qanun layihəsini hazırlayıb və parlamentin müzakirəsinə göndərib
Digər ölkələr
6 Aprel , 2015 10:24
Malayziyada terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Malayziya hüquq-mühafizə orqanları tərəfindən ölkədə terror aktının hazırlığında şübhəli bilinən 17 nəfər saxlanılıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə polis rəisi Xalid Əbu-Bəkr bildirib. 

Onun sözlərinə görə, saxlanılanlar arasında bu yaxınlarda Suriyadan qayıdan 2 nəfər də var. Əbu-Bəkr vurğulayıb ki, hüquq-mühafizə orqanları Malayziyanı terrorçular üçün tranzit məntəqəsinə çevirməyə imkan verməyəcək.

Qeyd edək ki, hökumət antiterror qanun layihəsini hazırlayıb və parlamentin müzakirəsinə göndərib.

Son xəbərlər

Orphus sistemi