Yuxarı
    Bağlamaq

    Malayziyada neft tankeri qaçırılıb

    Tankeri qaçıranların kimliyi hələlik məlum deyil

    Bakı. 17 avqust. REPORT.AZ/ Malayziyada 900 min litr dizel yanacağı daşıyan neft tankeri qaçırılıb. 

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu hökumət rəsmiləri bildirib.

    Malayziya Dəniz İdarəsinin məlumatına görə, "Vier Harmoni" gəmisi hazırda İndoneziyanın Batam şəhərinin sularındadır. Tankeri qaçıranların kimliyi hələlik məlum deyil. 

    "Reuters"in məlumatına görə, 392,7 min dollar dəyərində dizel yanacağı daşıyan gəmi çərşənbə axşamı Tancung Pelepas limanından Malayziyaya yola çıxıb.

    Hadisə barədə əlavə məlumat açıqlanmır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi