Makron Le Penin hicab qadağası təklifini pisləyib

Makron Le Penin hicab qadağası təklifini pisləyib “Mən islamla mübarizə aparmıram, şəriət adlı dini qanunu tətbiq etməyə çalışan islamçı ideologiya ilə mübarizə aparıram. İctimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam”
Digər ölkələr
21 Aprel , 2022 02:18
Makron Le Penin hicab qadağası təklifini pisləyib

“Mən islamla mübarizə aparmıram, şəriət adlı dini qanunu tətbiq etməyə çalışan islamçı ideologiya ilə mübarizə aparıram. İctimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransada prezidentliyə namizəd, ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen hazırkı Prezident Emmanuel Makronla debatda söyləyib.

Onun fikrincə, hicab islamçıların aşıladığı uniformadır.

Fransanın dövlət başçısı isə rəqibinin fikirlərinə qarşı çıxaraq qadağanın vətəndaş müharibəsinə səbəb ola biləcəyini bildirib:

“Siz təklif edirsiniz ki, Fransa ictimai yerlərdə dini simvolu yasaqlayan ilk ölkə olsun”.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Daxili İşlər Nazirliyinin yekun məlumatına görə, E.Makron 27,84 %, M.Le Pen 23,15% səs toplayıb. İkinci tur aprelin 24-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi