Makedoniyanın yeni adı referendumla müəyyən olunacaq

Makedoniyanın yeni adı referendumla müəyyən olunacaq Qonşu Yunanıstan Makedoniyanın bu adı daşımasına əleyhinədir
Digər ölkələr
21 Yanvar , 2018 07:33
Makedoniyanın yeni adı referendumla müəyyən olunacaq
Courtesy İmage

Bakı. 21 yanvar. REPORT.AZ/ Makedoniyanın baş naziri Zoran Zayev bəyan edib ki, ölkənin yeni adı referendum nəticəsində müəyyən olunacaq.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Rəsmi olaraq ölkənin gələcək adı hansı olacağı barədə hələlik məlumat yoxdur. Lakin yerli KİV bir sıra mümkün variantları sadalayıb: Yeni Makedoniya Respublikası, Şimali Makdeoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Makedoniya Vardar Respublikası və Makedoniya Respublikası.

Bir müddət əvvəl Makedoniya və Yunanıstanın xarici işlər nazirləri Nyu-Yorkda ölkənin gələcək adına həsr olunmuş görüş keçirib.

Belə ki, qonşu Yunanıstan Makedoniyanın bu adı daşımasının əleyhinədir. Səbəb kimi Yunanınıstan bölgələri birinin eyni adı daşıdığı göstərilir. 

Son xəbərlər

Orphus sistemi