Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum etibarsız sayılıb

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum etibarsız sayılıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Makedoniya Respublikasının adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasına dair sentyabrın 30-da keçirilmiş referendum etibarsız sayılıb.
Digər ölkələr
1 Oktyabr , 2018 17:09
Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum etibarsız sayılıb
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Makedoniya Respublikasının adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasına dair sentyabrın 30-da keçirilmiş referendum etibarsız sayılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) sədri Oliver Derkoski bülletenlərin hamısının hesablanmasından sonra məlumat verib.

"2018-ci ildə keçirilmiş referendumda səsvermənin təsdiqlənmiş nəticələrinə əsasən, qərar qəbul edilmir, çünki seçki siyahılarında olan seçicilərin yarısı səs verməyib", - deyə o bildirib.

DSK-nın məlumatına görə, yekun seçici fəallığı 36,91% təşkil edib. Onlardan 91,46%-i (609 mindən çox vətəndaş) Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasının lehinə, 5,65%-i isə əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi