Makedoniya prezidenti Balkanlarda terror aktlarının mümkünlüyünü istisna etmir

Makedoniya prezidenti Balkanlarda terror aktlarının mümkünlüyünü istisna etmir George İvanov: "İŞİD tərəfdən döyüşmüş Balkan ölkələrinin minlərlə vətəndaşı vətənə qayıdıb"
Digər ölkələr
28 İyul , 2016 10:02
Makedoniya prezidenti Balkanlarda terror aktlarının mümkünlüyünü istisna etmir

Bakı. 28 iyul. REPORT.AZ/ "Balkan yarımadasının ölkələri terror hücumlarına məruz qala bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Makedoniya prezidenti George İvanov deyib.

Bu narahatlıq Suriyada silahlı qarşıdurmada İŞİD bayrağı altında döyüşən Balkan ölkələri vətəndaşlarının tədricən vətənlərinə qayıtmaları və real təhlükə halına gəlmələri ilə əlaqədardır.

Prezident qeyd edib ki, Balkan ölkələrindən olan təxminən min nəfər İŞİD bayrağı altında döyüşüb və onların 60 faizi artıq ölkələrinə qayıdıb.

"Bu faktları bildiyimizdən regionumuzun terror hücumları üçün mümkün hədəf olduğunu söyləyə bilərik", - deyə prezident bildirib.

"Məlumata görə, artıq 86 nəfər Makedoniyaya qayıdıb. Onların bəziləri saxlanılıb, bəziləri isə daim nəzarət altında saxlanılır", - deyə G.İvanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi