Makedoniya prezidenti: "Avropa İttifaqı gücünü bərpa etməlidir"

Makedoniya prezidenti: "Avropa İttifaqı gücünü bərpa etməlidir" "Bu gün çoxmərkəzli dünya yaranır"
Digər ölkələr
16 Mart , 2017 13:04
Makedoniya prezidenti: Avropa İttifaqı gücünü bərpa etməlidir
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "Avropa İttifaqı gücünü bərpa etməlidir. Bu gün çoxmərkəzli dünya yaranır".

"Report" xəbər verir ki, bunu Makedoniya prezidenti George İvanov V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Yeni dünyada vahid birlik, vahid mədəniyyət olmayacaq. Bu gün işsizlikdən əziyyət çəkən gənclər yeni dünya qurmalı olacaqlar. Məhz buna görə də Aİ öz gücünü bərpa etməlidir", - deyə G.İvanov bildirib.

Onun sözlərinə görə, gələcəyi anlamaq və öncədən görmək üçün bu günün problemlərini aydın müəyyənləşdirmək lazımdır. "Bu gün terrorçuların olduğu, yalan və ölümün yayıldığı dünyada yaşayırıq. Amma dünya istənilən halda onların sonunu görəcək. Ona görə də yeni dünya qurmaq lazımdır", - Makedoniya prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi