Maduro: Venesuela ABŞ-nin qlobal ticarət müharibəsinin çətinliklərini dəf edəcək
Digər ölkələr
- 05 aprel, 2025
- 07:41
Venesuela ABŞ Prezidenti Donald Trampın bütün dünyaya elan etdiyi ticarət və iqtisadi müharibənin çətinliklərini dəf edəcək.
"Report"un "Venezolana de Television" telekanalına istinadən verdiyi məlumata görə, bunu Bolivar Respublikasının prezidenti Nikolas Maduro deyib.
"Biz ABŞ prezidentinin bütün dünyaya və Venesuelaya elan etdiyi iqtisadi müharibənin istənilən çətinliyini dəf etməyə hazırıq", - Maduro bildirib. O hesab edir ki, Tramp bəşəriyyəti və Venesuelanı gələcək hüququndan məhrum edə biləcək ölkələrə qarşı tarif və vergi tədbirləri görüb.
Maduro Venesuelanın azad, suveren və müstəqil ölkə olduğu üçün respublikanın qlobal ticarət və iqtisadi müharibəyə hazırlaşdığını və istənilən ehtimal üçün planlar hazırladığını vurğulayıb.
Son xəbərlər
08:17
Foto
Türkiyədə ağır yol qəzası baş verib, ölənlər var
Region07:48
Çinin ən böyük dəniz neft - qaz yatağı rekorda imza atıb
Digər ölkələr07:36
KİV: Karlo Ançelottinin oğlu "Real Madrid"in baş məşqçisi ola bilər
Futbol07:24
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Digər ölkələr06:51
Pentaqon Venesuela gəmilərinin ələ keçirilməsinə son qoymaq üçün şərtləri açıqlayıb
Digər ölkələr06:17
Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
Digər ölkələr05:42
ABŞ-nin Ədliyyə Nazirliyinin siyahılarından Epşteynin işi üzrə fayllar yoxa çıxıb
Digər ölkələr05:08
KİV: Ukrayna Rusiyanın neft tankerlərinin ovuna başlayıb
Digər ölkələr04:39