Maduro Venesuelanın işlərinə qarışmamaqla bağlı Trampa ünvanlanan məktubu imzalayıb

Maduro Venesuelanın işlərinə qarışmamaqla bağlı Trampa ünvanlanan məktubu imzalayıb Bakı. 8 fevral. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro Birləşmiş Ştatların prezidenti Donald Trampa ünvanlanmış Venesuelanın işlərinə qarışmamaqla bağlı imzatoplama kampaniyasında iştirak edib.
Digər ölkələr
13501
8 Fevral , 2019 07:32
Maduro Venesuelanın işlərinə qarışmamaqla bağlı Trampa ünvanlanan məktubu imzalayıb

Bakı. 8 fevral. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro Birləşmiş Ştatların prezidenti Donald Trampa ünvanlanmış Venesuelanın işlərinə qarışmamaqla bağlı imzatoplama kampaniyasında iştirak edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, o, Karakasda Bolivar meydanında imza toplama mərkəzlərindən birində kütləvi müraciətə imza atıb.

Kampaniyanın hədəfi ən azı 10 milyon imza toplamaqdır.

Daha əvvəl Venesuela prezidenti Karakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur. 

Son xəbərlər

Orphus sistemi