Maduro Venesuela müxalifətinin danışıqlardan qorxduğunu bildirib

Maduro Venesuela müxalifətinin danışıqlardan qorxduğunu bildirib Bakı. 8 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro Karakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur.
Digər ölkələr
8 Fevral , 2019 05:48
Maduro Venesuela müxalifətinin danışıqlardan qorxduğunu bildirib
Courtesy İmage

Bakı. 8 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro Karakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Maduro Venesuelanın gələcəyi üçün yeganə çıxış yolunun tərəflərin danışıqlar masasına əyləşməkdən ibarət olduğunu vurğulayıb.

"ABŞ-ın sabiq prezidenti Con Kennedi deyirdi: "Heç vaxt qorxudan danışıqlar aparma, amma heç vaxt da danışıqlardan qorxma". Kim ki, danışıqları istəmir, yəqin nədənsə qorxur. Bu, həqiqət qarşısında qorxudur", - deyə Maduro əlavə edib.

Daha əvvəl dövlət başçısı bildirib ki, yaxın zamanlarda Venesuelada prezident seçkiləri olmayacaq.

Son xəbərlər

Orphus sistemi