Maduro ənənəyə uyğun olaraq parlamentdə and içməyəcək

Maduro ənənəyə uyğun olaraq parlamentdə and içməyəcək Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 10-da Venesuelada yeni prezidentlik müddətinə başlamalı olan Nikolas Maduro müxalifətyönlü parlament qarşısında deyil, ölkənin Ali Məhkəməsində and içəcək.
Digər ölkələr
6 Yanvar , 2019 13:18
Maduro ənənəyə uyğun olaraq parlamentdə and içməyəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 10-da Venesuelada yeni prezidentlik müddətinə başlamalı olan Nikolas Maduro müxalifətyönlü parlament qarşısında deyil, ölkənin Ali Məhkəməsində and içəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü Milli Təsisat Məclisinin rəhbəri Diosdado Kabelyo deyib.

"Onlar (parlament) konstitusiya və hakimiyyətin digər qollarına hörmətsizlik etdikdən sonra öz legitimliliklərini itiriblər", - deyə "Nacional" portalı onun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi