Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar
Digər ölkələr
21 Avqust , 2017 03:26
Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

Bakı. 21 avqust. REPORT.AZ/ İspaniyanın paytaxtı Madridin mərkəzində yüzlərlə müsəlman Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçirib.

“Report” RİA "Novosti”yə istinadla bildirir ki, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.

Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.

Son xəbərlər

Orphus sistemi