Madaqaskarda gəmi qəzası nəticəsində azı 17 nəfər ölüb

Madaqaskarda gəmi qəzası nəticəsində azı 17 nəfər ölüb Madaqaskar sahillərində gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın adam itkin düşüb.
Digər ölkələr
20 Dekabr , 2021 21:43
Madaqaskarda gəmi qəzası nəticəsində azı 17 nəfər ölüb

Madaqaskar sahillərində gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın adam itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli Dəniz və Çay Administrasiyasına (APMF) istinadən məlumat yayıb.

İdarənin nümayəndələri bildiriblər ki, bu, sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəmidir. İlkin məlumatlara görə, bazar ertəsi səhər onun mühərriki sıradan çıxıb, bundan sonra gəmi sürüklənərək mərcan rifinə çırpılıb.

"Gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib. Axtarış əməliyyatları davam edir", - APMF-nin baş direktoru Jan Edmond Randrianantenayna bildirib.

Son xəbərlər

Orphus sistemi