​Madaqaskarda avtobusa hücum nəticəsində 31 nəfər qətlə yetirilib

​Madaqaskarda avtobusa hücum nəticəsində 31 nəfər qətlə yetirilib Quldurlar öz qurbanlarını qarət ediblər
Digər ölkələr
23 İyun , 2016 04:05
​Madaqaskarda avtobusa hücum nəticəsində 31 nəfər qətlə yetirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Madaqaskarın cənub-qərbində naməlum şəxslər marşrut avtobusa hücum edərək 31 nəfəri qətlə yetiriblər.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, insident iyunun 21-də baş verib.

Avtobusun salonunda 32 sərnişin olub, yalnız onlardan biri sağ qalıb, lakin ciddi yaralanıb. Ölənlərdən 10 nəfəri uşaqdır.

Hücum edənlərin sayı təqribən 20 nəfər olub. Onlar öz qurbanlarını qarət edərək üzərilərindən ümumilikdə təqribən 2 min dollar pul götürüblər.

Hadisəni törədənlər bir neçə dəqiqə əvvəl hərbi avtomobilə də hücum ediblər.

Son xəbərlər

Orphus sistemi