Macarıstanın Aİ-yə sədrliyi İsrailin Avropadakı mövqeyini gücləndirə bilər

Macarıstanın Aİ-yə sədrliyi İsrailin Avropadakı mövqeyini gücləndirə bilər İsrail Macarıstanla dostluq əlaqələrini yüksək qiymətləndirir və ümid edir ki, bu ölkənin Avropa İttifaqına sədrliyi Təl-Əvivin Qərbdəki mövqeyini möhkəmləndirməyə kömək edəcək.
Digər ölkələr
17 İyun , 2024 22:56
Macarıstanın Aİ-yə sədrliyi İsrailin Avropadakı mövqeyini gücləndirə bilər

İsrail Macarıstanla dostluq əlaqələrini yüksək qiymətləndirir və ümid edir ki, bu ölkənin Avropa İttifaqına sədrliyi Təl-Əvivin Qərbdəki mövqeyini möhkəmləndirməyə kömək edəcək.

“Report” xəbər verir ki, bunu İsrail XİN-in başçısı İsrail Kats Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə görüşünün yekunlarına əsasən bildirib.

O vurğulayıb ki, Macarıstanın Aİ-yə sədrliyi İsrailin Avropa Birliyindəki vəziyyətini yaxşılaşdırmaq üçün misilsiz fürsət verir.

"Macarıstan Şərqlə Qərbi birləşdirəcək kontinental dəhliz konsepsiyasının həyata keçirilməsində mərkəzi rol oynayacaq", - nazir deyib.

"Macarıstanın Aİ-dəki aparıcı rolu İrana qarşı sanksiyaların davam etdirilməsinə və onun nüvə silahına sahib olmaq cəhdlərinə kömək edə bilər. Avropa İttifaqının ABŞ və digər ölkələrlə birlikdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün İrana qarşı çıxması vacibdir", - o əlavə edib.

İsrail XİN-in məlumatına görə, görüş zamanı Təl-Əvivin Aİ Assosiasiyasının iyulun 1-də Macarıstanın sədrliyi ilə başlayacağı şurasında iştirak dəvətinə müsbət cavabı barədə razılıq əldə edilib.

Katz və Siyarto Yaxın Şərq və Avropadakı vəziyyəti də müzakirə ediblər, İsrail naziri antisemitizmlə mübarizə səylərinə görə həmkarına təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi