Yuxarı

Macarıstan-Xorvatiya sərhədi bağlandıqdan sonra miqrantlar Sloveniyaya üz tutur

Xorvatiya höküməti bundan əvvəl ölkəyə gələn miqrantların Sloveniyaya yönləndiriləcəyini bildirmişdi.

Bakı. 18 oktyabr. REPORT.AZ/ Macarıstan öz ərazisindən Qərbi Avropaya miqrant axınını dayandırmaq üçün Xorvatiya ilə sərhədini bağladıqdan sonra yüzlərlə miqrant Sloveniyaya gəlib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Macarıstan hökuməti bəyan edib ki, Xorvatiya ilə sərhəd "Macarıstan və Avropa vətəndaşlarını müdafiə etmək" üçün bağlanılıb. Bu həftə qüvvəyə minən yeni qanuna əsasən Macarıstan ərazisinə qeyri-qanuni yolla daxil olan miqrantlar həbs edilə bilər.

Bu qanun Zakani kəndi yaxınlığında Xorvatiya ilə sərhədin bağlanılmasından əvvəl artıq Macarıstana keçən miqrantlara şamil edilmir.

Xorvatiya höküməti bundan əvvəl ölkəyə gələn miqrantların Sloveniyaya yönləndiriləcəyini bildirmişdi. Artıq 2 minə yaxın miqrantın Sloveniyada olduğu bildirilir.

Cümə günü Aİ ölkələri Yunanıstana miqrantların gəlməsinin qarşısının alınmasına yönələn addımları müzakirə edərkən vahid qüvvələrin təsis edilməsi barədə ortaq mövqeyə gələ bilməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi