Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb
Digər ölkələr
- 03 mart, 2025
- 11:38
Macarıstan cümə günü Avropa İttifaqı (Aİ) səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım ilə bağlı sənəd layihəsini bloklayıb.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Budapeşt Ukrayna ilə bağlı sənəd layihəsini rədd edib. Sənəd ittifaqın Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım ilə bağlı olub.
Macarıstanın xarici işlər naziri Peter Siyarto fevralın 24-də bəyan edib ki, Macarıstan Aİ-nin Ukraynaya əlavə on milyardlarla avro hərbi yardım ayırmasına razı olmayacaq. O, həmçinin bildirib ki, ölkə Rusiyanın fiziki şəxslərinə və şirkətlərinə qarşı fərdi sanksiyaların uzadılması məsələsinin tələsik həllinə qarşı çıxacaq.
Son xəbərlər
15:51
ADSEA: Hövsan, Hərbi Dənizçilik və Kənd Əhmədli üzrə su xətləri dəyişdirilib
İnfrastruktur15:47
Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib
Daxili siyasət15:44
Azər Bağırov: "Veysəl Rzayevin "Kəpəz"dəki taleyi həkimlərin rəyindən asılıdır"
Futbol15:39
Dövlət Gömrük Komitəsi və "AmCham Azerbaijan" növbəti dəfə görüş keçiriblər
Biznes15:31
Azərbaycan Rusiyaya badam ixracından qazancını 10 dəfəyə yaxın artırıb
Biznes15:29
Maliyyə Nazirliyi ötən il 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub
Maliyyə15:29
Foto
Naxçıvan güləşçiləri Türkiyədə keçirilən festivalda uğurla çıxış ediblər
Fərdi15:28
Tacikistan Prezidenti İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na görə təbrik edib
Xarici siyasət15:26