Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedib

Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedib Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.
Digər ölkələr
11 Fevral , 2024 01:36
Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedib

Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

O, Budapeştdə verdiyi bəyanatda Macarıstan Prezidenti Katalin Novakın keçən il pedofiliya cinayətində əli olan bir şəxsi əfv etmək qərarının hazırlanmasına cavabdeh olduğunu vurğulayıb.

"Prezidentin qərarının hazırlanmasına görə siyasi məsuliyyəti öz üzərimə götürürəm. Mən ictimai həyatı tərk edirəm, parlament üzvü və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edirəm", - Varqa bildirib.

Xatırladaq ki, yaranmış qalmaqal fonunda Macarıstan Prezidenti Katalin də dövlət başçısı vəzifəsindən postundan istefa verib.

Son xəbərlər

Orphus sistemi