Yuxarı
    Bağlamaq

    Macarıstan: Aİ-nın sərhədləri nəzarət altına alınmalıdır

    Macarıstanın Xarici İşlər naziri mühacir böhranının həllindən danışıb

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Mühacirlərə qarşı sərt siyasət səbəbindən son həftələrdə ciddi tənqidlə üzləşən Macarıstan rəsmiləri bəyan edib ki, Avropa İttifaqının sərhədləri yenidən nəzarət altına alınmalıır.

    “Report”un RİA “Novosti”agentliyinə istinadən verdiyi xəbərə görə, Macarıstanın Xarici İşlər naziri Peter Soyatro mühacirlə bağlı böhranın həlli üçün bütün Avropa ölkələrinin səylərinin birləşdirilməsini əhəmiyyətini vurğulayıb.

    “Biz çağırışla qarşı qarşıyayıq. Problemin səbəblərini həll edə bilmədiyimizə görə, nəticələri ilə üzləşmişik. Avropa birləşməlidir”, - deyə nazir bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi