Bakı. 20 iyun. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Ukraynada davam edən döyüşləri dayandırmaq üçün səylərini əsirgəməyəcək.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşən A.Lukaşenko bildirib ki, rəsmi Minsk Ukraynada davam edən vətəndaş müharibəsindən narahatdır.
"Biz mümkün olduğu qədər bu münaqişənin qarşısını almağa çalışacağıq", - Lukaşenko vurğulayıb.