Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb

Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb Polis: "Onlarla insan itkin düşmüş hesab edilir"
Digər ölkələr
15 İyun , 2017 16:42
Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb

Bakı. 15 iyun. REPORT.AZ/ London polisi çoxmərtəbəli binada baş verən yanğında 17 nəfərin öldüyünü qeyd edib. Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Eyni zamanda, polisdən bildiriblər ki, ölənlərin sayı arta bilər. Onlarla insan itkin düşmüş hesab edilir. Qeyd edilir ki, bütövlüklə ailələrin harada olması məlum deyil.

Xəstəxanalara 70-dən çox zərərçəkən yerləşdirilib.

Xilasedicilərin sözlərinə görə, binada sağ qalma ehtimalı artıq sıfıra bərabərdir.

Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Məlumata görə, binada 600 nəfərə yaxın insan ola bilər. 

Son xəbərlər

Orphus sistemi