London polisi çoxmərtəbəli binada baş verən yanğında 6 nəfərin öldüyünü təsdiq edib - VİDEO - YENİLƏNİB-3

London polisi çoxmərtəbəli binada baş verən yanğında 6 nəfərin öldüyünü təsdiq edib - VİDEO - YENİLƏNİB-3 Yanğınsöndürənlər yanğının qarşısını almaq üçün səylərini davam etdirirlər
Digər ölkələr
14 İyun , 2017 15:00
London polisi çoxmərtəbəli binada baş verən yanğında 6 nəfərin öldüyünü təsdiq edib - VİDEO - YENİLƏNİB-3

Bakı. 14 iyun. REPORT.AZ/ London polisi "Grenfell Tower" çoxmərtəbəli binasında baş verən yanğında 6 nəfərin öldüyünü təsdiq edib. Eyni zamanda, ölənlərin sayı arta bilər.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Polisin məlumatına görə, yanğın zamanı dünyasını dəyişənlərin kimliyi hələlik dəqiqləşdirilməyib, bunun üçün zamana ehtiyac var.

Qeyd edək ki, 27 mərtəbəli binada yanğın hələ də söndürülməyib, yanğınsöndürənlər yanğının qarşısını almaq üçün səylərini davam etdirirlər.


***11:52

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 50 nəfər xəsarət alıb, bir neçə nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Londonun yanğınsöndürmə briqadasının komissarı Deni Kotton bildirib.

O, yanğını hələ də söndürə bilmədiklərinə görə, ölənlərin dəqiq sayının bilinmədiyini qeyd edib.

"29 ildir yanğınsöndürən işləyirəm, həyatım boyunca belə miqyasda yanğın görməmişdim. Çox böyük yanğındır", - D.Kotton vurğulayıb.

Şahidlərin sözlərinə görə, yanan binada hələ də insanlar var.


***10:15

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 30 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Britaniya paytaxtının təcili-tibbi yardım xidməti "Twitter" səhifəsində məlumat yayıb.

Zərərçəkənlərin hamısı şəhər xəstəxanalarına çatdırılıblar.


***09:24

Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır. "Report" BBC-yə istinadən xəbər verir ki, alov 27 mərtəbəli binanı tam ağuşuna alıb.

Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasına təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən göndərilib, amma onlar hələ ki, yanğının öhdəsindən gələ bilmir.

Tüstüdən xəsarət alanlar barədə məlumat var, həkimlər onlara yardım edir, sadəcə, belə xəsarət alanların dəqiq sayı bilinmir.

Hadisə şahidlərinin sözlərinə görə, yolların çox dar olmasına görə yanğınsöndürən maşınların binaya yaxınlaşması çox çətindir.

Son xəbərlər

Orphus sistemi