Londonda terror törətmiş üçüncü şəxsin adı müəyyən edilib

Londonda terror törətmiş üçüncü şəxsin adı müəyyən edilib O, İtaliyadan Türkiyəyə, oradan isə Suriyaya keçmək istəyirmiş
Digər ölkələr
6 İyun , 2017 16:31
Londonda terror törətmiş üçüncü şəxsin adı müəyyən edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Londonda terror törətməkdə şübhəli bilinən üçüncü terrorçunun adı müəyyən edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyada çıxan “Corriere Della Sera” məlumat yayıb.

Üçüncü şübhəli Yussef Zaqba 1995-ci ildə Mərakeşin Fes şəhərində doğulub. Onun ailəsi Mərakeş Krallığının təbəəsi və İtaliya vətəndaşıdır. İtaliya xüsusi xidmət orqanı bildirib ki, Y.Zaqba 2016-cı ilin martında ölkənin Boloniya hava limanında saxlanılıb. O, İtaliyadan Türkiyəyə, oradan isə Suriyaya keçmək istəyib.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın Daxili İşlər Nazirliyi iyunun 4-də 7 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnən terroru törədən iki nəfərin də adlarını açıqlamışdı. Onlardan biri Pakistanda doğulmuş Britaniya təəbəsi, 27 yaşlı Xuram Şazad Batt, o biri isə Mərakeş, yaxud Liviyada anadan olmuş 30 yaşlı Britaniya təəbəsi Raşid Redvandır. 

Son xəbərlər

Orphus sistemi