Yuxarı

Londonda 150 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib

Etirazçılar Mühafizəkarlar Partiyasının lideri, baş nazir Devid Kemerondan istefa verməyi tələb ediblər

Bakı. 16 aprel. REPORT.AZ/Böyük Britaniyanın paytaxtı Londonda 150 min sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. "Report" xəbər verir ki, sosial xərclərin azaldılmasına qarşı çıxan on minlərlə insan paytaxtın mərkəzində mitinq keçirib.

Aksiyaçılar əvvəlcə London Universitet kollecində toplaşıblar. Sonra Trafalqar meydanına yola düşüblər. Paytaxt polisi şəhərin çox mərkəzi küçələrində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa məcbur olub.

Etirazçılar Mühafizəkarlar Partiyasının lideri, baş nazir Devid Kemerondan istefa verməyi tələb ediblər və hakimiyyətdən sərt iqtisadi tədbirlərin dayandırılmasını tələb ediblər.

Aksiya iştirakçıları həmçinin hökuməti iqtisadiyyatın dövlət sektorundakı xərcləri azaldılmasını da dayandırmağa çağırıblar.

Mitinqdə xeyli sayda tələbə və tibb idarələrinin əməkdaşları iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi