London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb - VİDEO

London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb - VİDEO ​London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb
Digər ölkələr
15 Sentyabr , 2017 21:26
London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb - VİDEO

Bakı. 15 sentyabr. REPORT.AZ/ London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər yayıb. 

İngiltərənin Millli Səhiyyə Sistemindən verilən məlumata görə, yaralananların sayı 29 nəfərdir. Onların həyatına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki "Parsons Green" stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.

Son xəbərlər

Orphus sistemi