London metrosunda qatarın tüstüləməsi nəticəsində dörd nəfər zəhərlənib - FOTO - YENİLƏNİB

London metrosunda qatarın tüstüləməsi nəticəsində dörd nəfər zəhərlənib - FOTO - YENİLƏNİB Onların heç bir həyati təhlükəsi yoxdur
Digər ölkələr
11 Avqust , 2017 16:00
London metrosunda qatarın tüstüləməsi nəticəsində dörd nəfər zəhərlənib - FOTO - YENİLƏNİB
The Sun

Bakı. 11 avqust. REPORT.AZ/ London metrosunda qatarın tüstüləməsi nəticəsində dörd nəfər zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının təcili yardım xidmətinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, dəm qazı ilə zəhərlənənlərdən ikisinin xəstəxanaya yerləşdirilməsi ehtiyat tədbirləri ilə əlaqədardır. Onların heç bir həyati təhlükəsi yoxdur.

Londonun yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi yanğının miqyasının elə də böyük olmadığını, hazırda yanğının başvermə səbəblərinin araşdırıldığını vurğulayıb.


***12:59

Böyük Britaniyanın paytaxtı Londonda Oksford Sirk metro stansiyasında Beykerli xəttində qatar alışaraq yanıb.

"Report" Böyük Britaniya KİV-inə istinadən xəbər verir ki, hazırda stansiya bağlıdır, sərnişinlər evakuasiya edilib, polis və yanğınsöndürənlər hadisə yerinə gəliblər.

Polisdən qatarların hərəkətinin müvəqqəti dayandırıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi