Yuxarı

London meri şəhər sakinlərini Rassel-skverdəki hücumdan sonra daha sayıq olmağa çağırıb

Hücum nəticəsində bir qadın ölüb və azı beş nəfər yaralanıb

Bakı. 4 avqust. REPORT.AZ/ London meri Sadiq Xan Britaniya paytaxtının sakinlərinə səslənərək onları sakitliyi qorumağa və şəhər mərkəzində baş verən bıçaqlı hücumdan sonra daha sayıq olmağa çağırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, mer sakinlərdən şəhər küçələrində hər hansı şübhəli əşya görən kimi polisə məlumat vermələrini xahiş edib.

Qeyd edək ki, bıçaqlı şəxsin yoldan keçənlərə hücumu nəticəsində bir qadın ölüb və azı beş nəfər yaralanıb.

Hücum edəni polislər elektroşokerlə zərərsizləşdirə bilib. Onun kimliyi hələlik açıqlanmasa da, cinayətkarın 19 yaşı olduğu məlumdur. Polis mümkün variantlardan biri kimi terror hücumu versiyasını da nəzərədən keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi