Böyük Britaniyanın Milli Cinayət Agentliyi London limanında yarım tondan çox kokain müsadirə edib.
Bu barədə “Report” agentliyə istinadən xəbər verir.
Qeyd olunub ki, əməliyyat Milli Cinayət Agentliyi və sərhəd xidməti ilə birlikdə həyata keçirilib.
Kolumbiyadan Niderlanda aparılan banan qutularında kokain tapılıb.
Tapılan kokain partiyası 40 milyon funt-sterlinqdən (48,7 milyon dollar - Red) çox qiymətləndirilir.