Liviyanın xarici banklarda 67 mlrd dollarlıq dondurulmuş aktivləri var

Liviyanın xarici banklarda 67 mlrd dollarlıq dondurulmuş aktivləri var Liviyaya qarşı müddətsiz silah embarqosu, hesabların dondurulması və səfərlərə qadağa rejimi qüvvədədir
Digər ölkələr
17 İyul , 2017 17:20
Liviyanın xarici banklarda 67 mlrd dollarlıq dondurulmuş aktivləri var
Libya Prospect

Bakı. 17 iyul. REPORT.AZ/ Liviyanın Qərb banklarında olan dondurulmuş aktivlərinin ümumi məbləği hazırda 67 mlrd. ABŞ dolları təşkil edir. 

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Tripolidə fəaliyyət göstərən Milli Həmrəylik Hökumətinin (MHH) başçısı Fayez Sərrac bildirib.

F.Sərracın sözlərinə görə, onların arasında Mərkəzi Bank əmanətləri və Liviya şirkətinin investisiyalar üzrə əmanətləri var: "Bu dondurulmuş aktivlər Liviya dövlətinə məxsusdur".

Qeyd edək ki, Liviyaya qarşı müddətsiz silah embarqosu, hesabların dondurulması və səfərlərə qadağa rejimi qüvvədədir.

MHH-nın başçısı bildirib ki, hökumət dondurulmuş Liviya aktivlərinin açılmasını tələb etməyib, lakin Nazirlər Kabineti bu vasitələrdən daha səmərəli istifadə etmək üçün onların qurum tərəfindən idarə olunması xahişi ilə çıxış edib.

"Lazımi idarəetmənin olmaması Liviya dövlətinin ildə bir milyard dollardan çox itkisinə səbəb olub. Bu, qəbuledilməzdir. Aktivlərin azad edilməsi yox, onların idarəsinin Liviya dövlətinə qaytarılmasına imkan vermək lazımdır", - F.Sərrac bildirib.

Son xəbərlər

Orphus sistemi