Yuxarı

Liviyada terrorçularla atışmada 14 əsgər ölüb, 30-u yaralanıb

Əsgərlərin əksəriyyəti snayperlə başlarından və sinələrindən vurulub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Liviyada terrorçularla hərbçilər arasında baş vermiş atışmada 14 əsgər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Tripolidən 450 kilometr şərqdə yerləşən Siirt şəhərində qeydə alınıb. Atışma yerli vaxtla saat 9-da başlayıb. 

Əməliyyat zamanı həmçinin 30-dək əsgər yaralanıb.

Siirt hospitalının rəhbəri Əbdüllətif Əbdül Əli bildirib ki, 13 əsgər döyüş zamanı, 1 hərbçi isə hospitalda dünyasını dəyişib. Onun sözlərinə görə, öldürülənlərin əksəriyyəti snayperlə başlarından və sinələrindən vurulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi