Liviyada qırıcı təyyarə evə düşüb, ailə həlak olub

Liviyada qırıcı təyyarə evə düşüb, ailə həlak olub Hadisə Tobruk şəhərinin cənubunda baş verib
Digər ölkələr
29 Mart , 2017 17:51
Liviyada qırıcı təyyarə evə düşüb, ailə həlak olub

Bakı. 29 mart. REPORT.AZ/ Liviyanın şərqində yerləşən Tobruk şəhərində qırıcı təyyarə qəzaya uğrayaraq evə düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü həlak olub.

Hadisə Tobruk şəhərinin cənubunda baş verib. Qəza nəticəsində evə çırpılan təyyarə yanmağa başlayıb. Ailə başçısı, həyat yoldaşı və onların oğullarından biri dünyasını dəyişib. Pilot da xilas ola bilməyib.

Qəza texniki nasazlıq səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi