Bakı. 27 yanvar. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolinin mərkəzində güclü partlayış olub.
"Report" "Sky News Arabia"ya istinadən xəbər verir ki, minalanmış avtomobil xarici ölkə diplomatlarının yaşadığı məhəllənin yaxınlığındakı mehmanxananın ətrafında partladılıb.
Bunun ardınca silahlılar mehmanxanaya basqın edərək, hotelin mühafizə xidmətinin üç əməkdaşını öldürüb, bir neçə nəfəri girov götürüblər.
