Liviyada Cənubi Koreya səfirliyinə hücum olub, 2 ölü

Liviyada Cənubi Koreya səfirliyinə hücum olub, 2 ölü Hadisə nəticəsində mühafizə xidmətinin 2 əməkdaşı həlak olub, daha bir bir nəfər yaralanıb
Digər ölkələr
12 Aprel , 2015 13:44
Liviyada Cənubi Koreya səfirliyinə hücum olub, 2 ölü

Bakı. 12 aprel. REPORT.AZ/ Cənubi Koreyanın Liviyadakı səfirlik binasına hücum edilib. "Report"un Gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, paytaxt Tripolidə baş verən hadisə nəticəsində mühafizə xidmətinin 2 əməkdaşı həlak olub, daha bir bir nəfər yaralanıb.

Diplomatik missiyanın yerləşdiyi binaya avtomobil ilə yaxınlaşan silahlıların avtomatik silahdan atəş açdığı bildirilir.

Hücumunın terrorçu "İslam Dövləti" qruplaşmasının üzvləri tərəfindən törədildiyi ehtimal olunur.

Liviyada 2011-ci ildə Muammər Qəzzafinin devrilməsindən sonra qeyri-sabitlik və zorakılıqla mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi