Yuxarı

​Liviya sahillərində 120-dən çox miqrantın cəsədi tapılıb

Onların əksəriyyəti Afrikadan olan mühacirlərdir

Bakı. 31 iyul. REPORT.AZ/ İyul ayında Liviyanın qərb sahillərində Aralıq dənizi ilə Avropaya gedərkən gəmi qəzasına uğramış 120-dən çox miqrantın cəsədi tapılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, sahildə yerləşən Sabrata şəhərinin meri hökumətin hər gün meyit aşkar etdiyini bildirib.

Onların əksəriyyəti Saxaranın cənubunda yerləşən Afrika ölkələrinin sakinləridirlər, lakin aralarında 23 tunisli miqrantın da cəsədi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi