Liviya sahilləri yaxınlığında 90 miqrant batıb

Liviya sahilləri yaxınlığında 90 miqrant batıb İki nəfər sağ qalıb, onları sudan balıqçılar çıxarıblar
Digər ölkələr
2 Fevral , 2018 14:49
Liviya sahilləri yaxınlığında 90 miqrant batıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində, təqribən 90 miqrant batıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Oliviya Heyden Cenevrədə brifinqdə deyib.

Onun sözlərinə görə, gəmi Liviya sahillərində qəzaya uğrayıb.

BMqT nümayəndəsi bildirib ki, hazırda 10 nəfərin meyiti sahildə aşkarlanıb, onlardan 2-si liviyalı, 8-i pakistanlıdır.

Məlumata görə, 2 nəfər sağ qalıb, onları sudan balıqçılar çıxarıblar.

Son xəbərlər

Orphus sistemi