Liviya sahilində miqrant qayığı çevrilib

Liviya sahilində miqrant qayığı çevrilib Bəzi məlumatlara görə, qayıqda təxminən 700 nəfər olub
Digər ölkələr
5 Avqust , 2015 21:24
Liviya sahilində miqrant qayığı çevrilib

Bakı. 5 avqust. REPORT.AZ/ Xilasedicilər Liviya sahillərində qayığın çevrilməsinin ardından Aralıq Dənizində yüzlərlə miqrantın axtarışına başlayıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bəzi məlumatlara görə, qayıqda təxminən 700 nəfər olub.

İrlandiya dəniz qüvvələri əhəmiyyətli insan itkisinin olduğundan ehtiyatlandığını bildirib.

2015-ci ildə Aralıq Dənizini keçərək Avropaya gəlmək istəyən 2000-dən çox miqrantın öldüyü deyilir.

Çərşənbə günü baş vermiş hadisə miqrant dolu balıqçı gəmisinin çətin hava şəraitində dənzə çıxmasının ardından baş verib.

Xilasetmə üçün hadisə yerinə dörd qayıq və üç helikopterin yola düşdüyü bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sözçüsü bildirib ki, 100 miqrantı sudan xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi