Yuxarı

Livanda terror aktları ilə əlaqədar 9 nəfər saxlanılıb

Həbslər Beyrutun cənubunda 43 insanın ölümü ilə nəticələnmiş partlayışlarla bağlı olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Livanın təhlükəsizlik qüvvələri paytaxt Beyrutun cənubunda 43 insanın ölümü, 200-dən çox adamın yaralanması ilə nəticələnmiş terror aktları ilə bağlı doqquz şəxsi həbs ediblər.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Livanın Daxili işlər naziri Nohad Maşnuk bildirib ki, terrorçular əvvəlcə Hizbullah təşkilatının nəzarətində olan Rəsul Əl-Əzm xəstəxanasına hücum planlaşdırıblar. Lakin yüksək təhlükəsizlik tədbirlərini nəzərə alaraq fikirlərini dəyişdiriblər.

Xatırladaq ki, Beyrutun Bürc-əl-Barajne qəsəbəsində noyabrın 13-də baş verən iki partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi