Livan hərbçiləri oğurlanmış 27 suriyalını girovluqdan xilas ediblər

Livan hərbçiləri oğurlanmış 27 suriyalını girovluqdan xilas ediblər Bakı. 29 noyabr. REPORT.AZ/ Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində əməliyyat keçiriblər.
Digər ölkələr
29 Noyabr , 2018 05:16
Livan hərbçiləri oğurlanmış 27 suriyalını girovluqdan xilas ediblər

Bakı. 29 noyabr. REPORT.AZ/ Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində əməliyyat keçiriblər.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Bildirilir ki, əməliyyat nəticəsində Suriyanın oğurlanmış 20-dən çox vətəndaşı azad edilib. Məlumata görə, Baalyul qəsəbəsində - qərbi Bekaadakı fermada girovların olması barədə kəşfiyyat məlumatları alan ordu qüvvələri reyd keçiriblər. Reyd zamanı Suriyanın 27 vərəndaşı azad edilib.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, əməliyyat zamanı insanları oğurlayan 3 Livan vətəndaşı saxlanılıb. Onlar pul əldə etmək məqsədilə suriyalıları oğurlayıblar. Cinayətkarlarda odlu silah və döyüş sursatları aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi