Bəzi yerlərdə şimşəkli yağışa keçən leysan Çexiyada təxminən 45 min ailəni işıqsız qoyub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.
Elektrik enerjisinin ötürülməsi ilə bağlı ən mürəkkəb vəziyyət ölkənin mərkəzi və cənub hissələrində müşahidə olunur.
İşçi briqadaları yanğınsöndürənlərin köməyi ilə külək səbəbindən yıxılmış ağacların yığışdırılmasını həyata keçirirlər. Pis hava şəraiti dəmir yolunun işində də dayanmalara səbəb olub. 20-dən çox sahədə qatarların hərəkəti məhdudlaşdırılıb. Leysan çaylarda suyun səviyyəsinin artmasına gətirib çıxarıb. Bəzi yerlərdə sel təhlükəsi mövcuddur.
Sinoptiklər yağıntıların həftəsonunadək davam edəcəyini proqnozlaşdırırlar.