“Le Figaro”: Danışıqların zəruriliyi ABŞ-da, Avropada və Ukraynada müzakirə olunur

“Le Figaro”: Danışıqların zəruriliyi ABŞ-da, Avropada və Ukraynada müzakirə olunur Rusiya qoşunlarının Donbassda irəliləməsi fonunda cəbhədə Kiyev üçün yaranan əlverişsiz vəziyyət Qərbi Ukrayna münaqişəsinin diplomatik yolla həlli barədə düşünməyə vadar edir.
Digər ölkələr
17 Sentyabr , 2024 08:26
“Le Figaro”: Danışıqların zəruriliyi ABŞ-da, Avropada və Ukraynada müzakirə olunur

Rusiya qoşunlarının Donbassda irəliləməsi fonunda cəbhədə Kiyev üçün yaranan əlverişsiz vəziyyət Qərbi Ukrayna münaqişəsinin diplomatik yolla həlli barədə düşünməyə vadar edir.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

Nəşrin məlumatına görə, danışıqların zəruriliyi həm ABŞ-da, həm Avropada, həm də Ukraynada müzakirə olunur.

“Qərb artıq açıq şəkildə etiraf edib ki, Donbass və Krımın işğaldan azad edilməsi Ukrayna ordusunun imkanlarından kənardadır. Eyni zamanda, Kiyevin Kursk bölgəsinə hücumu Ukrayna hakimiyyətinin gözlədiyi nəticəni vermədi və Donbassda Rusiya qoşunlarının mövcudluğunun azalmasına səbəb olmadı.

Həm döyüş sursatı, həm də əsgəri olmayan Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərindən ona Rusiyanın dərinliklərinə zərbə endirmək imkanı vermələrini xahiş etməyə başladı. Eyni zamanda Berlin Kiyevə yardımın azaldığını elan edir və Fransa parlamentin buraxılmasından sonra bu məsələdə təşəbbüsü itirib”.

“Le Figaro” qeyd edib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri də Amerikanın Ukraynaya yardımının davam etdirilməsini sual altına qoyur. Qəzetin sitat gətirdiyi bir fransız rəsminin sözlərinə görə, ABŞ-da seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, yardımlar azalacaq.

Son xəbərlər

Orphus sistemi